Gəncədə gənc qadın dəm qazından boğularaq öldü

25 Fevral 2025 18:53

Gəncədə gənc qadın dəm qazından boğularaq ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Məmmədova Zərəngiz dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az