Bakının bu rayonunda qaz kəmərində qəza oldu

25 Fevral 2025 18:32

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərində qəza baş verib.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin qaz təchizatında yaranmış çatışmazlıqla bağlı yerində araşdırmalar aparılıb və kəmərin 12-ci kilometrliyində qəza halının baş verdiyi müəyyən edilib.

Bildirilir ki, hazırda təmir-bərpa işləri aparılır.

Milli.Az