Yolu Heydər Əliyev prospektindən düşən sürücülərin DİQQƏTİNƏ - FOTOlar

25 Fevral 2025 17:54

Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin "Koroğlu" metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.

Qəza baş verəndən sonra əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Milli.Az