ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask minlərlə kanadalının onun vətəndaşlıqdan məhrum edilməsi petisiyasını imzaladıqdan sonra Kanadanı saxta ölkə adlandırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Kanada əsl ölkə deyil", - deyə o petisiya ilə bağlı "X" hesabında yazıb.
Xatırladaq ki, Kanada parlamentinin İcmalar Palatasının (aşağı palata) saytında Maskın ölkənin maraqlarına zidd fəaliyyətlə məşğul olduğu əsası ilə vətəndaşlıqdan məhrum edilməsini tələb edən petisiya dərc olunub. İmzaların toplanması fevralın 20-də başlayıb və iyunun 20-dək davam edəcək. Bu günədək petisiyanı 230 minə yaxın insan imzalayıb.
Milli.Az