Tramp bu ölkələrdə hakimiyyət çevrilişi edəcək – SENSASİON

25 Fevral 2025 20:21

"Tramp Avropa liderlərindən "lüləkabab" edəcək".

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov "Hraparak" nəşrinə müsahibəsində deyib.

"Konkret Ermənistan haqqında danışmaq lazımdırsa, məlum məsələdir ki, onlar hər zaman olduğu kimi burada da gecikdilər. Onlar hakimiyyətdən gedən administrasiya ilə strateji tərəfdaşlıq imzaladılar, Avropanın özünün dağıldığı bir zamanda Avropaya istiqamət aldılar. Onlar gecikdilər, bu vəziyyətdə həm regional, həm də qlobal kontekstdə Rusiyanın təsirini düzgün analiz edə bilmədilər. Buna görə də bu il ərzində Rusiya-ABŞ münasibətlərinin normallaşmasından sonra mayın 9-da Moskvada Tramp da olacaq, Putin də və mən istisna etmirəm ki, postsovet ölkəsi amerikalıların əli ilə Rusiyanın təsiri altına keçəcək. Bunlar nə üçün edilir? Problem odur ki, amerikalılar Rusiyanı Çindən uzaq tutmağa çalışırlar. Ukrayna tərəfindən güzəştlər effektiv olmadı, ona görə ki Rusiya Ukraynada ABŞ-ın güzəştləri olmadan nəticələr əldə edib.

Biz ABŞ-Rusiya-Çin münasibətlərini diqqətlə izləməliyik. Çox güman ki, bura Hindistan da daxil olacaq. Biz dünyada yeni qaydaların formalaşdığı tarixi reallığın şahidi oluruq.

Tramp tezliklə bütün Avropa liderlərindən "lüləkabab" edəcək və Avropada hakimiyyəti kökündən dəyişəcək. Ardınca da bəzi postsovet ölkələrinin elitasında dəyişikliklər baş verəcək.

Ola bilər kimsə bu mübarizədən sağ çıxsın, kimsə güclü olsun, kim isə zəif", - Tarasov bildirib.

Milli.Az