Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da!

25 Fevral 2025 15:02

Yalnız "CineMastercard" premium kinoteatrlar şəbəkəsində
emosiyalar fırtınası və əsl ajiotaj yaradan "Aşk Sadece Bir An" türk romantik
dramının nümayişi keçirilir.

Rejissor Mustafa Kotan və ssenarist Aslı Zengin tamaşaçıları sevgi və xəyanətin
mürəkkəb dünyasına unudulmaz səyahətə çıxarır.
Filmin güclü aktyor heyəti personajların inandırıcılığını artırır.

Baş rollarda Emirhan Çakal, Nilsu Berfin Aktaş, Gonca Vuslateri, Emre Kınay və
Tuba Ünsal çəkilib.

"Ask Sadece Bir An" - türk kinematoqrafında mühüm yer tutur. Bu film həm süjet,
həm də personajların dərinliyi ilə tamaşaçıları heyran edir və kinosevərlərə
qaçırılması mümkün olmayan bir təcrübə təqdim edir.

Film haqqında qısaca: Barda işləyən Rüzgarın həyatı, bir gün dostunun yerinə
taksi sürməsi ilə tamamilə dəyişir. Taksidə tanış olduğu Hayal ilə bir-birlərinə aşiq
olurlar. Ancaq Hayalın ailəsi, Rüzgarın qatillikdə günahlandırıldığını öyrənir və bu
münasibətə icazə vermir. Əslində isə anasını öldürən Rüzgarın atasıdır, lakin
günah onun üzərinə atılmışdır.

Hayalın atası onu qızından uzaq durmaqla hədələsə də, Rüzgar sevdiyi qadından əl
çəkmir. Münasibətləri davam edərkən Rüzgar motosiklet yarışında qəza keçirir və
reanimasiyaya yerləşdirilir. Bu fürsətdən istifadə edən Hayalın ailəsi qızlarını
başqa şəhərə aparır. Lakin onların yolları bir gün yenidən kəsişəcəkdir.

Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən
son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az