"Qalatasaray" derbidə 3 futbolçusunu itirdi

25 Fevral 2025 14:09

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Fənərbağça" derbisinin son anlarında zədələnərək oyunu tərk edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçunun vəziyyətinə MRT-dən sonra aydınlıq gələcək.

"Qalatasaray" klubunun həkimi Yener İncə matçdan sonra Osimhenin stadiondan çıxarkən vəziyyəti ilə bağlı suala "Onun vəziyyətinə baxacağıq" cavabını verib.

Klubda Osimhenlə birlikdə ilk 11-likdə matça başlayan Eren Elmalı və Roland Sallai də "Fənərbağça" derbisindəki zədələrindən sonra oyundan kənarda qalıb.

Üç futbolçunun vəziyyətinə qısa zamanda aydınlıq gəlməsi gözlənilir. /baku.ws

Milli.Az