Sərdar Ortaç həbs edildi

25 Fevral 2025 12:24

Türkiyəli müğənni Serdar Ortaç qanunsuz mərc oyunlarını reklam və təşviq etməkdə ittiham olunduğu iş üzrə İstanbulda məhkəmə qarşısına çıxıb.

Milli.Az türk mediasına istinadla xcəbər verir ki, İstanbul Respublika Prokurorluğunun apardığı istintaqın nəticəsində Ortaç "Qanunsuz mərc oyunlarının reklamı və təşviqi" maddəsi ilə mühakimə edilib.

Məhkəmə Serdar Ortaça 10 ay həbs və 400 TL pul cəzası verib. Lakin məhkəmə kollegiyası hökmün elanını təxirə salıb.

Qeyd edək ki, müğənni Serdar Ortaçın və məşhur şoumen Mehmet Ali Erbilin qanunsuz mərc oyunlarını təşviq etmələri iddiası daha əvvəl də müzakirə edilmişdi. Ortaçın və Erbilin barəsində məhkəmə nəzarəti olaraq "ev dustaqlığı" qərarı çıxarılmışdı.

Fidan
Milli.Az