Ərdoğan tələb etdi, Tramp bu ölkədəki bazanı bağladı - Tarixi addım - FOTO

25 Fevral 2025 15:00

ABŞ prezidenti Donald Tramp Yunanıstanın Aleksandrupolis (Dedeağaç) şəhərində yerləşən hərbi bazanın bağlanması barədə tarixi qərar verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Yunanıstanın "Dimokratia" qəzetinin məlumatına görə, bu addım Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi ilə atılıb.

Qəzet Trampı "planetin yeni lideri" kimi xarakterizə edərək, bu qərarın Yunanıstan üçün strateji itki olduğunu bildirib. Məlumata görə, sözügedən baza ABŞ-nin Türkiyəyə qarşı "insan qalxanı" rolunu oynayırdı və illərdir Ankara bu hərbi mövcudluğa qarşı çıxırdı.

Baza əvvəllər Bayden administrasiyası dövründə Rusiya-Ukrayna müharibəsində Ukraynaya hərbi dəstək məqsədilə istifadə edilirdi. Tramp administrasiyasının bu qərarı ABŞ və Rusiya arasında Ukrayna münaqişəsi ilə bağlı müzakirələrin müsbət nəticə verməsi ehtimalına əsaslanır.

Əgər baza bağlanarsa, təkcə Rusiya deyil, Türkiyə də bu qərardan məmnun qalacaq. Xatırladaq ki, Türkiyə hökuməti dəfələrlə bu bazanın fəaliyyətindən narahat olduğunu ifadə etmiş və bağlanmasını tələb etmişdi.

Müşahidəçilər bu qərarın regionda güc balansına ciddi təsir göstərə biləcəyini və Avropa İttifaqı ilə NATO daxilində yeni gərginliklərə səbəb ola biləcəyini bildirirlər.

Fidan
Milli.Az