Suriyada güc müharibəsi - Xarici ölkələrin buradaki əsas məqsədi nələrdir?

25 Fevral 2025 15:01

Suriya lideri Əhməd əl-Şara hazırda Suriyanın birliyini bərpa etməyə çalışır.

Milli.Az xəbər verir ki, Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şara 13 illik vətəndaş müharibəsindən sonra ölkəni birləşdirmək üçün mübarizə aparır. O, öz hökumətinə nəzarəti bərpa etməyə çalışsa da, xarici güclərin siyasi və hərbi təzyiqləri ilə üz-üzədir.

Yeni lider Əhməd əl-Şara olsa da, ölkənin əksər bölgələrində nəzarət hələ də parçalanmış vəziyyətdədir. Bəs, Suriya hazırda necə bölünüb?

Türkiyənin maraqları

Türkiyə Suriyanın şimalında təxminən 10 min əsgər yerləşdirib və burada Suriya Milli Ordusu (SNA) adlı müxalif qruplaşmanı dəstəkləyir. Ankaranın əsas məqsədləri:

Suriya daxilində sabitlik yaratmaqla üç milyon suriyalı qaçqının geri dönüşünü təmin etmək.
Sərhədlərindəki terrorçu qruplaşmalarını zərərsizləşdirmək.

ABŞ-ın məqsədləri
ABŞ Suriyanın şimal-şərqində İŞİD-ə qarşı mübarizəni prioritet sayır. 900 ABŞ əsgəri hazırda Suriyada terrorçu silahlı qruplaşmalarını, xüsusilə Suriya Demokratik Qüvvələrini (SDQ) dəstəkləyir.

Vaşinqtonun məqsədi İŞİD üzvlərinin yenidən fəaliyyətə başlamasının qarşısını almaq və regionda sabitliyi qorumaqdır.

Körfəz ölkələrinin maraqları
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Suriyanın bərpasına sərmayə qoymağa maraqlıdır, lakin keçmişdəki cihadçı əlaqələri səbəbindən yeni hökumətə ehtiyatla yanaşırlar. Onların əsas məqsədi Suriya regionunu İrandan uzaqlaşdırmaq və ərəb dünyasına reinteqrasiya etməkdir.

Rusiyanın maraqları
Rusiya Suriyada hərbi bazalarını qorumaq istəyir. 2015-ci ildən etibarən Əsəd rejiminə dəstək verən Moskva  Aralıq dənizindəki Tartus dəniz bazasını və Hmeymim hava bazasını saxlayır .Hal-hazırda isə HTŞ ilə yeni razılaşmalar axtarır.

İsrail və İranın təsiri
İsrail Suriyanın Qolan təpələrində hərbi mövcudluğunu artırıb və yüzlərlə hava zərbəsi ilə Suriya bazalarına hücum edib. Digər tərəfdən, İran Əsəd rejiminin süqutundan sonra Suriyadakı təsirini bərpa etməyə çalışır və regionda yeni nüfuz kanalları axtarır.

Beynəlxalq güclər Suriyada sabitlik yaratmağa çalışsa da, mövcud qruplar arasındakı gərginliklər ölkəni yeni qarşıdurmalara sürükləyə bilər. Türkiyə və ABŞ-ın müxtəlif maraqları fonunda Suriyanın gələcəyi hələ də qeyri-müəyyəndir.

Fidan
Milli.Az