Avstraliyalı model Byanka Senzori artıq cəsur geyim seçimləri ilə diqqət çəkməyə öyrəşdirib. Bu dəfə isə reper Kanye Uest fərqli bir yanaşma sərgiləyərək həyat yoldaşına çadra geyindirib.
Milli.Az xəbər verir ki, bu yeni görüntülər sosial şəbəkələrdə yayılıb.
Cütlük Los-Ancelesdə Vanessa Bikroftun rejissorluq etdiyi filmin premyerasında iştirak edib. Maraqlıdır ki, Byanka bu filmdə baş rolda çıxış edib.
Kanye Uest daha əvvəl qeyd etmişdi ki, həyat yoldaşını bütün dünyaya öz baxış bucağından təqdim etmək istəyir.
"Mən həyat yoldaşım Byanka ilə fəxr edirəm. O, Yaponiyada çəkilmiş ilk tammetrajlı filmində baş rolda çıxış edib. Filmin rejissoru Vanessa Bikroft, prodüseri isə özüməm," - deyə Uest sosial şəbəkədə paylaşım edib.
Fidan
Milli.Az