Şaxtalı havada avtomobil niyə alışır? – Ustalardan CAVAB - VİDEO

25 Fevral 2025 07:28

Avtomobilin salonunda qəfildən yanğın başlayır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücü tez avtomobildən düşüb, ətrafdan kömək istəyir. Görüntülər Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çəkilib. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə minik avtomobilindəki yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Sürücülər elə düşünürlər ki, nəqliyyat vasitələrində yanğın isti aylarda baş verir. Amma ustalar belə fikirlə razı deyillər.

Qış fəsilində də rast gəldiyimiz avtomobil yanğınlarına səbəb nədir?

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az