Futbol dünyası yeni cazibədar ulduzdan danışır - FOTOlar

27 Fevral 2025 02:02

İtaliya və dünya futbolunda yeni ulduz parlayır.

Milli.Az xəbər verir ki, söhbət jurnalist və teleaparıcı Eleonora İnkardonadan gedir.

İtalyan gözələ artıq ən yaxşı matçların verilişlərinə aparıcılıq etmək etibar edilib. Məsələn, "Yuventus" və "İnter" arasında baş tutan (1:0) son İtaliya derbisi kimi.

34 yaşlı DAZN aparıcısını artıq "yeni Diletta Leotta" adlandırırlar. Eleonoranın ürəyinin sahibi də var. O, "Torino" və İtaliya millisinin yarımmüdafiəçisi Samuele Ricci ilə görüşür.

Eleonora İnkardona peşəkarlığı və gözəlliyi ilə görənləri valeh edir. Onun "Instagram"da artıq 1 milyondan çox izləyicisi var. /Publika.az

Milli.Az