Derbidə "Qalatasaray"ın qapısını o qoruyacaq

24 Fevral 2025 16:08

Bu gün İstanbul derbisində "Qalarasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək.

Milli.Az xəbər verir ki, bu gün keçiriləcək derbidə "Qalatasaray"ın qapısını Fernando Muslera qoruyacaq.

F.Muslera "Qalatasaray" forması ilə ümumilikdə 55-ci derbidə iştirak edəcək.

Qeyd edək ki, uruqvaylı qolkiper daha öncə derbilərdə 53 dəfə forma geyinmək şansı əldə edən Volkan Demirelin rekordunu yeniləyib. /Oxu.Az

Milli.Az