Rusiyada partlayış olub

24 Fevral 2025 13:28

Rusiyanın Balakovo şəhərində yaşayış binasının yanında partlayış olub.

Milli.Az xəbər verir ki, hadisə Leonova çayı kənarındakı evin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, partlayıcı qurğu evin yaxınlığında işə düşüb. Nəticədə, yaxınlıqda olan bir qadın yaralanıb - ayaq və bel yaralanmaları ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində axtarış işləri davam edir.

Asya
Milli.Az