Qarlı havada xəsarət alanların sayı AÇIQLANIB

24 Fevral 2025 09:49

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 89-u qadın, 90-ı kişi olmaqla, 179 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.

Milli.Az