Kasko sığortalı avtomobil müqaviləsi necə tənzimlənir? - VİDEO

24 Fevral 2025 21:15

Kasko sığorta avtomobilin yeni sahibinin adına keçirilə bilər.

Milli.Az xəbər verir ki, kasko sığortası olan avtomobil satılan zaman sahibinə iki seçim hüququ verilir. Birincisi avtomobil sahibi müqaviləyə xitam verə, qalıq ödənişi geri ala bilər. İkincisi isə kasko müqaviləsini avtomobili satdığı adamın adına rəsmiləşdirə bilər.

Sığorta eksperti Vüsal Bədəlov deyir ki,  sığorta haqqında qanun və tərəflər arasındakı razılaşma bu məsələdə avtomobil sahibinə bir neçə hüquqi imkan verir. Başqa sözlə, avtomobil satılan zaman qeydiyyatı dəyişdirilərkən sığorta şirkətinə məlumat vermək kifayətdir

Avtomobil sahibinin seçiminə uyğun olaraq kasko sığortaya xitam da verilə və qalıq ödəniş geri tələb edilə bilər. Bunun üçün isə sığorta şirkəti 1 ay öncədən məlumatlandırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az