Xalq artistinin səhhəti necədir? - Ailəsindən açıqlama

22 Fevral 2025 20:27

Xalq artisti Ənvər Həsənovun səhhətində heç bir irəliləyiş yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, edilən müalicələrin təsiri görünmür:

"Nə düzəlir, nə də dəyişir, olduğu kimi qalıb. Səhhəti heç yaxşı deyil, xoşumuza gəlmir. İynə-dərmanların xeyri yoxdur, edilən müalicə kömək etmir".

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən aktyora həkimlər kəskin işemik insult diaqnozu təyin edib".

Milli.Az