Messidən avtoqraf istəyən hakimin cəzası bəlli oldu

24 Fevral 2025 23:56

23:56

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) Çempionlar Liqasının oyunundan sonra ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortis Nava 6 ay müddətinə diskvalifikasiya edilib.

"Report" xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

KONKAKAF-ın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılan ədalət təmsilçisi Meksika çempionatının matçlarını idarə edə bilər.

Qeyd edək ki, 38 yaşlı referi ABŞ-nin digər təmsilçisi "Sportinq Kanzas Siti" ilə matçın ardından Messiyə yaxınlaşıb və ondan avtoqraf istəyib.

---------------
2025.02.22

Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) meksikalı referi Marko Antonio Ortisi Çempionlar kuboku oyunundan sonra etdiyi hərəkətlərə görə cəzalandırmaq qərarına gəlib. 

Milli.Az-ın xarici KİV-ə istinadla məlumatına görə, hakim "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messidən avtoqraf istəyib ki, bu da hakimliyin etik standartlarına ziddir.

Turnirin 1/16 final mərhələsində keçirilən "İnter Mayami" - "Sportinq Kanzas-Siti" oyunu ABŞ komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 56-cı dəqiqədə Messi vurub. Final fitindən dərhal sonra Ortis səkkiz dəfə "Qızıl top"un qalibinə yaxınlaşaraq avtoqraf istəməsi CONCACAF -ın narazılığına səbəb olub.

Konfederasiyanın nümayəndəsi bildirib ki, araşdırma hakimin ailə üzvü üçün imza axtarmaqda öz maraqlarından çıxış etdiyini müəyyən edib. Bu cür davranış məmurların etik davranış kodeksini pozur və Ortis artıq öz səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib. /Lent.az

Milli.Az