Məşhur serialın sonu - Yayımı birdəfəlik dayandırıldı - FOTO

22 Fevral 2025 07:29

"Şakir Paşa ailesi: Mucizeler ve Skandallar" serialının yayımı birdəfəlik dayandırılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib.

Belə ki, Cevat Şakir Kabaağçlının ailə üzvləri babalarına etibar sui-qəsdi edildiyi iddiası ilə məhkəmədə qalib gəlib.

İstanbul Asliye Hüquq məhkəməsində serialın qalan bölümlərinin yayımının və çəkilişlərinin dayandırılmasına dair hökm oxunub.

Ötən gün isə Türkiyənin Televiziya və Radio Şurası seriala 3 həftəlik yayım dayandırma cəzası vermişdi. (olay)

Milli.Az