İlon Mask Ukrayna Prezidenti Vladimir Zelenskinin xalqın iradəsini təmsil etmədiyini bildirib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, Zelenski yalnız mətbuat azadlığını bərpa edib seçkiləri bərpa edərsə, bu iddia edilə bilər.
Mask Zelenskinin müharibə şəraitində seçkiləri dayandırmasını "gülməli" hesab edib və prezidentin yalnız pul istədiyini vurğulayıb. Zelenskinin səlahiyyətləri 2024-cü ilin mayında bitəcək, lakin müharibə vəziyyəti səbəbindən yeni seçkilər hələ keçirilməyib.
İlon Mask "X" sosial şəbəkə hesabında yazıb ki, "Ukrayna Prezidenti ölkədə prezident seçkisində böyük hesabla uduzacağını dərk edir".
"Ukrayna xalqı Zelenskiyə nifrət edir, buna görə də o, prezident seçkisinin keçirilməsindən imtina edib. O bütün Ukrayna KİV-i üzərində nəzarəti ələ keçirib.
Asya
Milli.Az