Xəzərdə zəlzələ oldu

21 Fevral 2025 06:55

Xəzər dənizində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, 3,1 maqnitudalı zəlzələ yerli vaxtla saat 01.03-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 37 kilometr olub.

Milli.Az