Daha bir dünya rekordu

20 Fevral 2025 13:56

Amerikalı atlet Qrant Fişer yeni rekordları ilə heyrətləndirməkdə davam edir.

Milli.Az xəbər verir ki, bu dəfə o, 5000 metr məsafəyə qaçışda dünya rekordu vurub.

Bostonda keçirilən yarışda idmançı 12:44:06 nəticə ilə dünya rekordu qırıb. Bu məsafə üzrə əvvəlki qapalı rekord əfsanəvi Kenenisa Bekelə (12:49.60) məxsus olub. /Publika.az

Milli.Az