Bir neçə gün əvvəl "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayevin əməliyyat zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açdığına dair xəbər yayımlamışdıq.
Səhiyyə Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub:
"Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri - "Həkimin Etik Davranış Qaydaları"nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib".
Milli.Az