Fənərbağçadan sürpriz transfer - "Juventus"un ulduzu gəlir? - FOTO

19 Fevral 2025 11:34

"Fənərbağça"nın "Juventus"un ulduz hücumçusu Dusan Vlaxoviçi transfer etmək istədiyi iddia edilib.

Milli.Az xəbər verir ki, İtaliya mediasının məlumatına görə, Turin təmsilçisi serbiyalı hücumçunu 25-30 milyon avroya satmağa hazırdır və sarı-lacivərtlilər bu məbləği ödəməyə müsbət yanaşır.

"Fənərbağça"nın Vlaxoviçi transfer etməsi, komandanın hazırkı ulduzu Youssef En-Nesyri-nin yüksək məbləğə satılması ehtimalını da gündəmə gətirib.

Qeyd edək ki, 25 yaşlı serbiyalı forvet bu mövsüm 29 oyunda 13 qol və 2 assist edib.

"Fenerbahçe"nin Vlaxoviçi heyətinə qatmaq üçün qarşıdakı aylarda hərəkətə keçəcəyi gözlənilir.

Fidan
Milli.Az