Xəstəxanaya yerləşdirilən Şakiradan xəbər var - FOTOlar

19 Fevral 2025 14:43

Xəbər verdiyimiz kimi, məşhur müğənni Şakira xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az xarici mediaya xəbər verir ki, sənətçi xəstəxanadan evə buraxılıb.

Müğənninin xəstəxanadan çıxdığı görüntülər sosial şəbəklərdə yayılıb. Paparazzilərin hədəfinə tuş gələn Şakira onlara çoxlu pozlar verib.

Xatırladaq ki, Şakira mədə ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilmişdi. İfaçının Lima şəhərində fevralın 16-na planlaşdırılan konserti də bu səbəbdən ləğv edilmişdi. 

Milli.Az