Trampdan Maska QADAĞA

19 Fevral 2025 09:05

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Maskın maraqları toqquşduğu halda dövlət proqramlarında iştirakına icazə verilməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib .

"Mən İlona dedim: Maraqlar toqquşması olarsa, siz dövlət proqramlarında iştirak edə bilməzsiniz", - Tramp bildirib.

Amerika lideri qeyd edib ki, bu, kosmik proqrama da aiddir.

Milli.Az