Hindistanda partlayış - 30-dan çox şəxs yaralandı

19 Fevral 2025 08:45

Hindistanın cənubundakı Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı öncəsi fişənglərin pirotexniki vasitələrin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.

Milli.Az xəbər verir ki, fişənglər tribunaların yaxınlığında partladılıb.

Zərərçəkənlər ən yaxın xəstəxanaya aparılıb.

Polis araşdırma aparır.

Milli.Az