Azərbaycanda noutbuk və kompüter istehsalı artıb

19 Fevral 2025 08:53

Cari ilin yanvar ayında Azərbaycanda 552 ədəd noutbuk istehsal edilib.

Milli.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% və ya 88 ədəd çoxdur.

Bununla yanaşı, ötən ay Azərbaycanda 260 ədəd stolüstü kompüter və 39,9 min ədəd ölçmə cihazları istehsal edilib. Bunlar da illik müqayisədə müvafiq olaraq 29 ədəd (12,6%) və 9,3 min ədəd (30,4%) çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda 464 ədəd noutbuk, 231 ədəd stolüstü kompüter, 30,6 min ədəd ölçmə cihazları istehsal edilib.

Milli.Az