Qocalmaq istəməyənlər bu giləmeyvədən YESİNLƏR - FOTO

23 Fevral 2025 02:02

"Qaragilənin tərkibindəki antioksidantlar orqanizmin qocalma prosesinin öhdəsindən gəlməyə kömək edir, onu ləngidir.

Milli.Az xəbər verir ki, bunu Rusiyalı dietoloq Qalina Volkova deyib.

Həkimin sözlərinə görə, qaragilə yemək həm də bir çox xroniki xəstəliklərin riskini azaldır və ürək-damar sistemi, həzm sistemi və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Volkova deyib ki, qaragilə beyin funksiyasını və tor qişanın vəziyyətini yaxşılaşdırır. /Publika.az 

Milli.Az