Ərdoğanın Zelenskiylə görüşü başladı

18 Fevral 2025 15:45

Ankarada Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında görüş başlayıb. 

"Milli.Az" xəbər verir ki, bu barədə məlumatı "Habertürk" yayıb. 

İkitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi görüşün nəticələrinə dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, iki ölkə lideri mətbuata açıqlamalar verəcək.

Milli.Az