Məşhur brendin yaradıcısı vəfat etdi

18 Fevral 2025 11:41

Dünyaca məşhur "Nutella" şokolod yağının yaradıcısı - italiyalı kimyagər Françesko Rivella 97 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Rivella populyar şirniyyatın "banisi" sayılır və onun adını özü fikirləşib. Ferrero 25 yaşından (1952-ci ildən bəri) təqaüdə çıxana qədər (1993-cü il) şirkətdə çalışıb.

Onun dövründə şirkət "Mon Cheri", "Tic Tac", "Kinder Chocolate", "Kinder Surprise" və "Ferrero Rocher" kimi məşhur məhsullar istehsal edib.

Milli.Az