Ərzincanda şagirdləri daşıyan avtobus suvarma kanalına düşüb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, avtobusun aşması nəticəsində 10-u şagird olmaqla 11 nəfər xəsarət alıb.
Qəzada yaralanan sürücü və vasitədə olan 10 şagird təcili yardımla Ərzincan Xəstəxanasına aparılıb.
Müalicə altına alınan yaralıların ölüm təhlükəsinin olmadığı öyrənilib.
Fidan
Milli.Az