07:47
Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.
APA xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.
--------
00:03
Qazaxıstanın Ulıtau vilayətində "Jomart" mədənində çökmə baş verib.
Milli.Az xəbər verir ki, nəticədə 7 şaxtaçı dağıntılar altında qalıb.
"Fevralın 17-də "Kazakhmys Corporation" MMC-nin "Jomart" mədənində süxur kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində dağıntılar altında 7 işçi qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur", - məlumatda deyilir.
Hazırda hadisə yerində təcili xilasetmə işlərinin aparıldığı bildirilir.
Milli.Az