35 yaşlı qadın qaynanasıgildə faciəvi şəkildə ÖLDÜ

17 Fevral 2025 20:31

Qaynanasıgildə 35 yaşlı qadın dəm qazından boğularaq ölüb. 

Milli.Az-ın  məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Behbudova Bahar Balay qızı dəm qazından boğularaq ölüb. 

Qeyd edək ki, B. Behbudova Bakı şəhərində kirayə yaşayırmış və Naftalana qaynanasıgilə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az