Erməni hərbçisinin güllələnmiş meyiti tapıldı

17 Fevral 2025 19:41

Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın güllə yarası almış meyiti aşkarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. /APA

Milli.Az