Ermənistan müxalifəti silsilə etiraz aksiyalarına hazırlaşır
29 May 2010 14:12
Milli.Az xəbər portalının Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə EMK fəalları ilk aksiyaya cəhd etsələr də, polis müdaxiləsi nəticəsində aksiya baş tutmayıb. Müxalifət nümayəndələri aksiyanın fasiləsiz xarakter ala biləcəyini söyləyirlər.
Qeyd edək ki, müxalifətçilər siyasi məhbusların azad olunmasını tələb edir.
Milli.Az