Ötən ildə nikahların sayı AZALDI

17 Fevral 2025 19:42

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.

Milli.Az xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Milli.Az