"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges maraqlı açıqlama verib.
Milli.Az xəbər verir ki, ötən axşam "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandıran futbolçu bunları deyib:
"Mənim üçün dəyişən bir şey yoxdur, çünki yenə də "Neftçi"yə qalib gəldik. Bu, Azərbaycan derbisidir. Bütün ölkənin diqqəti bu oyunda olur. Odur ki, bu matçda qələbə qazanmaq bizim üçün vacib idi".
Milli.Az