Azərbayanda azyaşlı qızdırmadan öldü

17 Fevral 2025 11:47

Azərbaycanda daha bir azyaşlı qızdırma və tənəffüs çatışmazlığından ölüb.

Milli.Az xəbər verir ki, hadisə Saatlı rayonu, Dədə Qorqud kəndində qeydə alınıb. 

Kənd sakini, 2024-cü il təvəllüdlü Raul Röyal oğlu Gülüşov yaşadığı evdə vəfat edib.

İlkin məlumata görə, körpə qızdırma və tənəffüs çatışmazlığından dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az