Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

17 Fevral 2025 16:22

Daşkəsəndə 2 nəfər maşının altında qalıb.

Milli.Az a istinadən xəbər verir ki, hadisə rayonun Tapan kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü T.Cəfərov və 1986-cı il təvəllüdlü E.Hüseynov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin orta ağır olduğu bildirilib.

Hər iki şəxsin üstündən "Zil" markalı yük avtomobili keçib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.  /unikal.az

Milli.Az