Neftçalada ər arvadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir

16 Fevral 2025 22:44

Neftçala rayonunda qətl hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az