Ferqüson 1 oyunluq baş məşqçi olacaq

16 Fevral 2025 18:47

Əfsanəvi şotlandiyalı Aleks Ferqüson yenidən baş məşqçi olacaq. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 84 yaşlı mütəxəssis italiyalı hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb.

Görüş martın 22-də Florensiyada, "Artemio Franki" stadionunda keçiriləcək.

Rossi 2004-2006-cı illərdə Feryussonun rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib. İtalyan 2023-cü ildə SPAL-da çıxış edərkən karyerasını bitirib.

Ferqüson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub, 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqası kubokunu qazanıb. O, 2013-cü ildə məşqçi karyerasını başa vurub.

Milli.Az