Qonşu ölkədə güclü zəlzələ oldu

16 Fevral 2025 15:11

Rusiyanın şərqindəki Kuril adalarında 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı 52 km dərinlikdə yerləşib.

Yeraltı təkanların yaşayış məntəqələrində hiss olunmadığı bildirilir.

Milli.Az