Naxçıvan-Bakı aviareysində yubanma var

16 Fevral 2025 10:41

Naxçıvan-Bakı reysində yubanma var.

Milli.Az bildirir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.

Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.

Milli.Az