"Bunu yalnız mən, Hüseyn Dərya və İbrahim Tatlısəs bacarıb"

16 Fevral 2025 07:01

Müğənni İzzət Bağırov "Efirdən kənar" verilişində qonaq olub.

Milli.Az xəbər verir ki, ifaçı müsahibə əsnasında konsrtlərindən danışıb. O, bu günə qədər Bakıda, Əl oyunları sarayında yalnız 3 konsertin anşlaqla keçdiyini söyləyib:

"Əl oyunları sarayında bu vaxta qədər cəmi 3 dəfə anşlaq olub. Bir mənim konsertimdə, digəri Hüseyn Dəryanın (mərhum reper - red.), bir də İbrahim Tatlısəsin (Türkiyəli müğənni - red.). Orada qırğın olub. Oranı hələ bu vaxta qədər heç kim tam doldura bilməyib. 2017-ci ilə qədər konsert vermişəm. Ondan sonra başım filmlərə qarışdı. Daha sonra da pandemiya oldu".  (Axşam.az)

Milli.Az