Zelenskiyə Ukrayna dilində danışmağa icazə verilmədi

15 Fevral 2025 20:21

Ukrayna Prezidenti Volodimir Zelenskiyə Münxen Təhlükəsizlik Konfransı zamanı Ukrayna dilində danışmağa icazə verilməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna lideri konfransda öz ölkəsinin dilində danışmaq istəsə də, buna imkan verməyiblər.

"Mən Ukrayna dilində danışa bilərəm?", - deyə soruşan Zelenskiyə konfransın moderatoru sürətli şəkildə "Xeyr", - deyə cavab verib.

Sürətli rədd cavabından sonra, zalda gülüş səsləri eşidilib.

Milli.Az