Ağstafada 4 nəfər dəm qazından zəhərləndi

15 Fevral 2025 19:57

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az