Bakıda qadın avtobus dayanacağında öldü

15 Fevral 2025 19:52

Bakıda avtobus dayanacağında ölüm hadisəsi olub.

Milli.Az-ın məlumatına görə, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsində baş verib.

53 yaşlı M. Rzayeva dayanacaqda avtobus gözləyərkən qəfil halı pisləşib və dünyasını dəyişib. Məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkib.

Araşdırma aparılır. /lent.az

Milli.Az