Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı

15 Fevral 2025 19:31

Ermənistanın Geqarkunik rayonunun Martuni şəhərində yerləşən Müqəddəs Məryəm ana kilsəsində, ziyarətçilərin qəbul edildiyi otaqda partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, partlayış dalğası tikilinin giriş qapısını dağıdıb və pəncərələri sındırıb. Hadisə zamanı kilsənin keşişi Akop Barseqyan xəsarət alıb.

Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Polisdən hələ ki hadisə ilə bağlı açıqlama verilməyib.

Milli.Az